ABŞ Konqresinin Senatı çərşənbə günü axşam ötən ilin 3 noyabrında keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı etirazçıların yaratdığı qarışıqlıqlara görə dayandırılmış müzakirələri bərpa edib.
Unikal.org xəbər verir ki, hazırda C-Span telekanalı qanunvericilərin müzakirələrini yayımlayır.
İclas Vitse-prezident Maykl Pensin çıxışı ilə başlayıb.
Çərşənbə günü ABŞ Konqresində Senat və Nümayəndələr Palatasının birgə iclası keçirilib. Qanunvericilər ötən ilin 3 noyabrında baş tutmuş prezident seçkilərinin nəticələrini təsdiq etməli idilər. Lakin müzakirələr səsvermənin nəticələrinə qarşı etiraz edən aksiyaçıların yaratdıqları qarışıqlıqlarla əlaqədar dayandırılıb.