Qothenburq İsveç Film Festivalı ən dramatik təcrübəni həyata keçirmək qərarına gəlib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün 1 nəfər könüllü axtarılır. Festival həmin şəxsi Şimal dənizindəki Pater Noster mayakının yerləşdiyi qaranlıq adaya yollayacaq. Könüllü 1 həftə ərzində telefon, kitab olmadan festivalın 60 filmini izləməlidir.
Müraciət edən şəxslərlə əvvəlcədən müsahibələr keçiriləcək. Seçilmiş iştirakçı yanvarın 19-da elan olunacaq. Yanvarın 30-da isə o, adaya gedəcək. Bütün ərzaq xərcləri, yatmaq üçün yer, nəqliyyat və film nümayişləri təşkilatçılar tərəfindən qarşılanacaq.