ABŞ-dakı hadisələrə görə saxlanılanların sayı 52-yə çatıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kolumbiya dairəsinin polisindən bildiriblər. 50-dən çox həbs olunan şəxs barədə ilkin məlumat yayıldıqdan sonra Kolumbiya federal dairəsinin təhlükəsizlik qüvvələrinin rəhbəri Robert Konti saxlanılanların dəqiq sayını açıqlayıb.
Bildirilib ki, həbs olunanların böyük qismi tətbiq olunan komendant saatının pozulması ilə bağlı ittiham edilir.