Belarusda dövlət rəmzlərindən birinə dəyişikliklər edilib.
Unikal.org Belarus KİV-ə istinadən xəbər verir ki, ölkə gerbinin dizaynı dəyişdirilib. Artıq yeni gerb forması rəsmi şəkildə təsdiqlənib.
Dəyişikliyin Belarus Ədliyyə Nazirliyinin təşəbbüsü ilə edildiyi bildirilib. Səbəb kimi əvvəlki gerbin köhnəlməsi və Belarusun tutduğu mövqeyi tam əks etdirə bilməməsi göstərilib. Yeni gerbin Belarusun Avropa və Rusiyadan bərabər məsafədə durduğunu, heç birinə doğru meyillənməməsi aydın əks etdirilməsi missiyası daşıdığı və buna nail olunduğu açıqlanıb.Yeni gerbin müasirliyi təcəssüm etdiyi vurğulanıb.
Qeyd edək ki, Belarusun əvvəlki gerbi sovet dönəmindən bəri istifadə olunurda və Belorusiya SSR gerbi ilə eynilik təşkil edirdi.