Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ı yenidən ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilib. Honkonqda baş verənlərin Çinin daxili işi olduğu vurğulanıb.
ABŞ rəsmilərinin bu barədə açıqlamalara son verməsi tələb edilib. "Bunlar ABŞ-a baha başa gələ bilər", - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, ABŞ dövlət katibi Mayk Pompeo Honkonqda dövlət çevrilişinə cəhd ittihamı ilə saxlanıların dərhal azad edilməsi ilə bağlı çağırış etmişdi.