Donald Tramp "Twitter" səhifəsindəki qadağan olunmuş məzmuna malik paylaşımlarını silib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ABŞ prezidentinin silinmiş sosial şəbəkə hesabını bərpa etmək istəyi olub.

Belə ki, "Twitter" rəhbərliyi Trampın paylaşımlarında təhlükəli məqamlar olduğunu əsas gətirərək onun səhifəsini bloklamışdı. Trampın sözügedən tvitlərini sildikdən sonra günün ikinci yarısında hesabının bərpa olunacağı bildirilib.