Şimali Koreya lideri Kim Çen İn ölkəsinin müdafiəsini gücləndirəcəklərini açıqlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, çıxış edərkən Şimali Koreya lideri bu vaxta qədər olanları da qiymətləndirməyə çalışıb.
"Gözlənilməz, hesaba alınmamış çətinliklərlə qarşılaşdıq. Amma Koreyanı yenidən gücləndirəcəyik", - deyə Kim Çen İn bildirib. Koreya lideri həmçinin yeni 5 illik müdafiə planını da ictimaiyyətə təqdim edib. Plana görə, Şimali Koreya hərbi gücünü maksimuma qaldıracaq və bunun üçün bütün qüvvələr səfərbər ediləcək.