Rusiyanın patriarxı Kirill Ukrayna Pravoslav Kilsəsinin avtokefallığı (müstəqilliyi) barədə danışıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Kirill İstanbulda yerləşən Konstantinopol Patriarxlığının Ukrayna kilsəsinin müstəqilliyini xarici təzyiqlərə görə tanıdığını söyləyib.

"Patriarx Varfolomey Ukrayna Pravoslav Kilsəsinin avtokefallığını xarici təzyiqlərə görə tanıyıb. Özgələrin sözü ilə, özgələrin təzyiqləri ilə. Bu, başqa cür baş verməyib", - deyə Kirill bəyan edib.

Qeyd edək ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaqına qədər Ukrayna kilsəsi Rusiya kilsəsinin nəzdində fəaliyyət göstərirdi.