Almaniya kansleri Angela Merkel Tramp tərəfdarlarının Konqres binasına girməsini eşidəndə qəzəbləndiyini söyləyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Merkel baş verənlərdən narahat olduğunu, həmçinin əsəb keçirdiyini bildirib. Almaniya kansleri ABŞ-ın demokratiya ənənələrinə heyranlıq duyan milyonların da eyni hissləri keçirdiyini vurğulayıb.
"Bu barədə eşidəndə çox qəzəbləndim. Görüntüləri görəndə əsəb keçirdim. Xeyli narahat oldum. Demokratiyanın təməl qaydası seçkilərdə qaliblə məğlubun öz rolunu qavramasını tələb edir. Qarşılıqlı şəkildə reallıqlarla barışmağı vərdişə çevirmək lazımdır. Trampın noyabrdan bəri məğlubiyyətini qəbul etməməsi məni çox kədərləndirdi. Demokratiyanın mövcudluğu üçün hamı öz üzərinə düşən məsuliyyətə uyğun şəkildə öhdəliklərini yerinə yetirməlidir", - deyə Merkel bəyan edib.