“Vaşinqtonda baş verən hadisələr ABŞ-ın daxili işidir”.
Unikal.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Vaşinqtonda baş verən hadisələrlə bağlı bəyanatında bildirilib.
“Vaşinqtondakı hadisələr göstərdi ki, ABŞ-dakı seçki sistemi arxaikdir, çağdaş standartlara cavab vermir, pozuntular üçün şərait yaradır. Dost Amerika xalqına öz tarixlərinin bu drammatik mərhələsindən layiqincə çıxmağı diləyirik”, - XİN-nin bəyanatında vurğulanıb.