ABŞ İraqın şimalındakı kürd peşmərgə qüvvələrinə avtomobillər bağışlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İraqın şimalındakı regional kürd muxtariyyətinin silahlı birləşmələri olan peşmərgə qüvvələri ABŞ istehsalı olan hərbi avtomobillərdən istifadə edəcək. İraq baş nazirinin ABŞ ordusunun İraqı tərk etməli olduğu barədə növbəti açıqlamasından sonra ABŞ-ın bu yardımı gerçəkləşdirməsi diqqət çəkib.
Lakin ABŞ-ın analoji addımları əvvəl də atdığı məlumdur. 250 milyon dəyərində hərbi yardım ötən il ərzində mərhələlərlə kürd muxtariyyətinə verilmişdi.