Rusiya Federasiyasında zəlzələ hadisəsi baş verib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, yer silkələnməsi Şimali Qafqaz regionunda, Dağıstan Respublikası və Çeçenistan Respublikasının sərhədində baş verib. Zəlzələ Rixter şkalası ilə təqribən 4 balla qiymətləndirilib.

Zəlzələnin Dağıstanın Çumadin rayonunda hiss edildiyi bildirilib. Dağıntı olduğu barədə məlumatlar var. İnsan tələfatı baş verməyib. Çeçenistanın sərhədyanı kəndlərində də zəlzələnin hiss olunduğu deyilir.