Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-da baş verən olaylara münasibət bildirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Lukaşenko olanlara görə kədərləndiyini söyləyib. Onu ən çox narahat edən insanların ölümü olub. Belarus prezidenti buna görə təəssüfləndiyini bildirib.
"İnsanların ölməsi pisdir. İnsanlar qəfil fırtınaya qapıldılar və öldülər. Bu təəssüfverici haldır. Kim düşünə bilərdi ki, belə bir şey baş verər. Heç kimin ağlına gəlməyən hadisələr oldu", - deyə Aleksandr Lukaşenko bəyan edib.
Qeyd edək ki, ABŞ-da Donald Trampın tərəfdarlarının Konqres binasını ələ keçirməsi ilə kütləvi iğtişaşlar yaşanmışdı. Konqres bu gün Co Bayden seçkilərdəki qələbəsini təsdiq edib.