Birləşmiş Millətlər Təşkilatı (BMT) Çin hökumətinə çağırış edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən çağırışda Honkonqda həbs olunan müxaliflərin azad edilməsi tələb kimi qoyulub. İnsanların siyasi hüquqılarından istifadə etməyə görə həbs edilməsi qəbulolunmaz hesab edilib.
Çin hökuməti Honkonqda 53 müxalifətçini dövlət çevrilişinə cəhd ittihamı ilə həbs etmişdi. Əməliyyatda 1 000-dən çox təhlükəsizlik qüvvələri əməkdaşı iştirak etmişdi. BMT dövlət çevrilişinə cəhd ittihamlarının insanların hüquqlarını məhdudlaşdırmaq üçün vasitə kimi istifadə edildiyini bəyan edib. Çindən bu kimi insan haqları pozuntuıarına son verilməsi istənilib.