Ermənistanda tanınmış hüquq müdafiəçisi Avetik İşxanyan baş nazir Nikol Paşinyanı tənqid edib.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, İşxanyan Paşinyanın dərhal istefa verməli olduğunu söyləyib. Hüquq müdafiəçisi ölkənin hazırki ağır vəziyyətinə görə günahkar sayıb. Həmçinin onun yeni addımları ola biləcəyindən də narahat olduğunu bildirib.
"Paşinyanın yeni kapitulyasiya imzalamayacağına zəmanət yoxdur. Hər an belə bir şey baş verə bilər. Nəzəri baxımdan demirəm. Praktikada da bu baş verə bilər. Ona görə də Paşinyanı çox gecikmədən yola salmaq lazımdır", - deyə İşxanyan bəyan edib.