Böyük Britaniyada vaksin vuran aparatlar istehsal olunacaq.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Uelsdəki Svansi Universiteti bu cihazların hazırlanması üzərində çalışır. Nanosxemlər və mikrosxemlər hesabına bu aparatlar insanların bir sıra göstəricilərini də yaddaşda saxlayacaq və istifadə edəcək.
Vurulacaq vaksinin dozasının müəyyənləşdirilməsi, bədəndəki virus vahidlərinin miqdarı, dərinin iynəyə dermotoloji həssaslıq dərəcəsi cihaz tərəfindən ölçüləcək. Həssas dərilər üçün daha kiçik ölçülü iynələrdən istifadə edilməsi elektron qaydada süni intellekt tərəfindən tənzimlənəcək. Hazırda istehsal üçün tibbi və iqtisadi əsaslandırma prosesi davam edir. Yaxın vaxtlarda cihazın istehsal edilməsi üçün elmi araşdırmalar yekun mərhələyə daxil olacaq.