Ukraynada koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə yanvarın 8-dən sərt karantin rejimi elan edilib.
Unikal.org xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabineti qərar qəbul edib.
Qərara əsasən, ölkə ərazisində yanvarın 25-dək ticarət-əyləncə mərkəzləri, idman zalları, fitnes-mərkəzləri, hovuz və teatrların fəaliyyəti, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.
Bundan əlavə, bar, restoran, kafe və əyləncə obyektlərinə müştərilərin girişi qadağan olunub. Yalnız ərzaq mağazaları, apteklər, yanacaq-doldurma məntəqələri, maliyyə obyektləri, yeməklərin daşınması xidmətlərinin fəaliyyətinə icazə veriləcək.