Türkiyədə son sutka ərzində 194 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 12 171 yeni yoluxma halı qeydə alınıb. Ölkədə pandemiya qurbanlarının sayı 22 264, virusa yoluxanlar isə 2 296 102 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 172 251 pasiyent (son sutkada 8211 nəfər) sağalaraq evə buraxılıb.