ABŞ-ın paytaxtı Vaşinqton şəhərində baş vermiş iğtişaşlar zamanı 68 nəfər saxlanılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə paytaxt polisinin rəhbəri Robert Konti bildirib.
Onun sözlərinə görə, saxlanılan şəxslərdən 60 nəfəri kişi, 8-i isə qadındır. Onlardan cəmi bir nəfər Vaşinqton sakinidir, digərləri isə başqa şəhərlərdən gələnlərdir.
Xatırladaq ki, ötən gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın tərəfdarları Konqres binasına hücum ediblər. Aksiya zamanı polislə nümayişçilər arasında qarşıdurma baş verib, 4 nəfər həlak olub.