Qana Respublikasının parlamentində qəribə hadisə baş verib.

Unikal.org xəbər  verir ki, qadın millət vəkilinin kişi millət vəkilinin qucağına oturduğu anlar gündəm yaradıb. 

Belə ki, ölkəsinin milli geyimində geyinən vəkil Ursula Ovusu-Ekuful başqa bir vəkil Kvabena Mintah Akandohun qucağında oturan zaman insident yaşanıb. 

Hadisənin "kreslo" davası üzündən baş verdiyi məlum olub. 

Bundan əlavə, Qana Parlamentində keçirilən seçkilərdə baş verən silahlı qarşıdurmaya ordu müdaxilə edib. 

Qadın millət vəkili Ursula, NPP partiyasının liderinin sol tərəfdə oturmaq cəhdlərinə qəti şəkildə qarşı çıxıb və NCD psrtiyasının millət vəkilləri ilə oturmaqda israr edib.

Belə bir vaxtda qadının digər millət vəkilini itələyib yerə yıxması da insidenti daha da gərginləşdirib.