Ukraynanın Donbas bölgəsində yenidən gərginlik yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Donbasın cənubundakı Leninskaya rayonunda insident baş verib. Separatçı quru olan tanınmamış "Donetsk Xalq Respublikası" ilə Ukrayna qüvvələrinin təmas xəttində yerləşən rayonun cənubunda kiçik miqyasda silahlı toqquşma yaşanıb.

Separatçı qurumun məlumatına görə, Ukrayna tərəfi minaatanlarla separatçıların mövqelərinə zərbə endirib. Digər mənbələrdə isə insidentin separatçılar tərəfindən başladıldığı deyilir. İtkilərlə bağlı məumat yoxdur.