Almaniyalı 3 uşaq atası Mark Bryan iş geyimləri ilə xüsusi diqqət çəkir.

Unikal.org xəbər verir ki,  61 yaşlı Mark illərdir qələm ətək və hündürdaban ayaqqabılarla işə gedir.

Belə ki, Mark Bryan özünün sosial media hesabında, "Mən sadəcə normal, xoşbəxt, evli  kişiyəm" ,- deyə onu tənqid edənlərə cavab verib.  Hər kəsin təəccübünə səbəb olan Mark  geyimlərin qadın və ya kişi  üçün fərqlənmədiyini və seçimində azad olduğunu qeyd edib.