Ermənistanın baş naziri Nikol Paşinyan 10 noyabrda Qarabağla bağlı imzalanmış üçtərəfli bəyanat barədə fikrini bildirib.
Unikal.org xəbər verir ki, bu barədə Nikol Paşinyan öz "Facebook" səhifəsində yazıb. Ermənistan baş naziri qeyd edib ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağla bağlı imzaladığı üçtərəfli bəyanatda prioritet təşkil edən bir sıra məqamlar var.
Nikol Paşinyan 8-ci maddənin xüsusi önəm daşıdığını qeyd edib. Bu maddədə əsir və girov götürülmüş şəxslərin dəyişdirilməsi ilə bağlı məsələlər yer alıb. Ermənistan baş naziri həmçinin itkin düşmüş şəxslərin axtarılması, hərbi əməliyyatların getdiyi zonalarda qalmış hərbi qulluqçuların meyitlərinin yığılması və kommunikasiya əlaqələrinin açılması barədə də danışıb.