Şimali Kipr Türk Respublikasında (KKTC) dəhşətli cinayət hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, 52 yaşlı İbrahim Çobanoğlu və 48 yaşlı həyat yoldaşı Bengü Çobanoğlu evlərində ölü tapılıb.14 yaşlı oğulları Çınar Çobanoğlu isə ağır yaralı şəkildə xəstəxanaya aparılıb. Dövlət Xəstəxanasında edilən bütün müdaxilələrə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
Cinayətin 14 yaşlı oğlan tərəfindən törədildiyi məlum olub. Belə ki, yeniyetmə anası Bengü Çobanoğlu və atası İbrahim Çobanoğlunu yatarkən onları silahla vuraraq öldürüb. Daha sonra intihar edib. Çınar Çobanoğlunun "Mavi Balina" kompüter oyunundan təsirlənərək belə bir cinayəti törətdiyi iddia edilir.
Hadisə ilə əlaqədar istintaq işləri aparılır.