ABŞ-da Pfizer və BioNtech şirkətlərini hazırladığı koronavirus vaksini üçün könüllü olan Gregory Michael adlı həkim peyvənd olunduqdan 16 gün sonra dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, dünyasını dəyişən həkimin həyat yoldaşı peyvənddən sonra onun əlində və ayaqlarında nöqtəyə bənzər səpkilərin yarandığını deyib.
Dövlət Səhiyyə Nazirliyi ilə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən bildirilib ki, həkimin ölümünə birbaşa peyvəndin səbəb olması mümkün deyil, ancaq bununla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Türk professorlar Uğur Şahin və Özlem Türeci Pfizer-BioNTech-in Kovid-19 peyvəndinin şərikləridir.