"Twitter"dəki giriş bloku sona çatan Donald Tramp paylaşım edib.
Unikal.org xəbər verir ki, Tramp tərəfdarlarına, Konqresə basqın edən nümayişçilərə, "Bunun əvəzini ödəyəcəksiniz",- deyərək paylaşım edib. Belə ki, Donald Tramp, "Məyus olduğunuzu bilirəm, amma böyük bir səyahətin yeni başladığını bilmənizi istəyirəm", - deyə ifadə edib.
Qeyd edək ki, Donald Tramp "Twitter" vasitəsilə tərəfdarlarına müraciət etdikdən sonra etirazçılar Konqres binasına hücum etdilər. Basqından sonra Konqresdə Baydenin prezidentliyinin qeydə alınması üçün səsvermə dayandırıldı.Hadisədən sonra sonra "Twitter" Trampın hesabını dayandıraraq 12 saatlıq giriş bloku tətbiq etdi.