Avropa Birliyi daha 300 milyon dozalıq koronavirus əleyhinə vaksin tədarük edəcək.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, artıq birgə istehsal olan "BioNTech/Pfizer" vaksinlərinin alınması ilə bağlı razılaşma əldə olunub. Həm "BioNTech" şirkəti, həm də "Pfizer" şirkəti ilə danışıqlar yekunlaşıb.
Ümumilkdə 300 milyon dozalıq vaksin alınacaq ki, bu da tələbatın 80 faizini ödəməyə kifayət edəcək. Növbəti sifarişdə isə 20 faizlik əhali qrupunun vaksinlə təminatı üüün addımların atılması planlaşdırılır.