Yaponiyada çovğun nəticəsində 13 nəfər ölüb, 247 uçuş təxirə salınıb.
Unikal.org xəbər verir ki, məlumatı “CNN Türk” yayıb.
Ölkədə güclü qar yağmaqla yanaşı, küləyin sürəti saatda 130 km-ə çatıb. Yüz mindən artıq mənzilə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Soyuq hava və çovğun Yaponiyanın Niqata və Akita əyalətlərində həyatı iflic edib.