Almaniyada kansler vəzifəsinə Angela Merkeldən sonra kimin gələcəyi müzakirə edilir.
Unikal.org xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri araşdırma yazısı dərc edib. Araşdırmada qeyd edilir ki, bu posta ən parlaq namizədlərdən biri Almaniyanın hazırki səhiyyə naziri Yens Şpandır.
Belə ki, koronavirus pandemiyası dönəmində səhiyyə idarəçiliyinin uğurlu şəkildə təşkil olunması, tibbi xidmətlərin əlçatanlığı, vaksinasiya prosesindəki uğurlar bu siyasətçini xeyli məşhurlaşdırıb. Sosioloji sorular göstərir ki, Yens Şpan xalq arasında böyük rəğbət və simpatiyaya malikdir. O, reytinq cədvəllərində digər hökumət kabinəsi üzvlərini qabaqlayır. Həmçinin hazırki kansler Merkelin də bu şəxsə böyük etimad bəslədiyi və ölkənin gələcəyini ona etibar etmək arzusunda olduğu bildirilir.
Təbii ki, demokratik siyasi sistemə malik Almaniyada hər şeyi seçkilər həll edəcək.