Ermənistan parlamentinin keçmiş deputatı Levon Sarkisyanın işi məhkəməyə göndərilib.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, keçmiş parlamentariyə açıkmış cinayət işi ilə bağlı istintaq yekunlaşıb. İttiham aktı işlə birgə məhkəməyə göndərilib.
Yaxın günlərdə məhkəmə Levon Sarkisyanın işinə baxacaq. Cinayət işi ilə bağlı yekun hökm oxunacaq. L.Srkisyan Ermənistan Gömrük Komitəsinin keçmiş sədri Armen Avetisyana sui-qəsd təşkil etməkdə ittiham olunur. Müxalif dairələrdə iş siyasi sifariş hesab olunur.
Qeyd edək ki, Levon Sarkisyan Ermənistanın sabiq dövlət başçısı Serj Sarkisyanın tərəfdarı kimi çıxış edir.