Rusiya Dövlət Dumasının üzvü, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ABŞ prezidenti Donald Trampa maraqlı təklif edib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Jirinovski Trampın yeni partiya yaratmasını təklif edib. Onun sözlərinə görə, bu partiya xeyli uğurlu olar və ABŞ siyasi sistemini kökündən dəyişə bilər.

"Donald Trampın sədrliyi ilə yeni bir partiya ABŞ üçüncü güclü bir siyasi qüvvənin meydana çıxmasına səbəb olar. Tramp bu məsələdə xeyli uğurlu olar", - deyə Jirinovski Trampa siyasi karyerasını davam etdirməyi tövsiyə edib.

Qeyd edək ki, ABŞ-da ikipartiyalı siyasi sistem ənənəsi 19-cu əsrdən bəri davam edir. Ən güclü partiyalar Demokratlar və Respublikaçılardır. Zaman-zaman başqa partiyalar da ortaya çıxıb, lakin uğursuz alınıb. Bununla belə partiya yaradılması ilə bağlı qanunvericilikdə hər hansı qadağa və ya məhdudiyyət mövcud deyil.