Fransada xalqın ölkə prezidentinə və onun komandasına inamı azalıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə keçirilmiş sorğuların nəticəsi dərc edilib. Bildirilir ki, respondentlərin 61 faizi Makronun ölkənin problemlərini həll edə bilməyəcəyini düşünür. 35 faiz isə Makrona inanmadığını və növbəti seçkilərdə ona səs verməyəcəyini söyləyib.
Nazirlərə etimadla bağlı sual da sorğuda yer alıb. Emmanuel Makrondan sonra insanların ən az güvəndiyi nazirlər maliyyə naziri və baş nazir olub.