Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 75-ci sessiyasının plenar iclası keçiriləcək.

Unikal.org xəbər verir ki. bu barədə BMT Baş Assambleyasının prezidenti Volkan Bozkır bildirib.

O qeyd edib ki, 21 və 27 yanvar tarixlərində qeyri-formal iclaslar, 28 yanvarda isə formal plenar iclas keçiriləcək.

İclasda BMT-nin Baş katibi Antonio Quterreş iştirak edəcək. Baş katib 2021-ci il üçün prioritetləri təqdim edəcək.