İsmət Abbasovdan minlərlə fermerə ağır zərbə
13:45 15-01-2013
İQTİSADİYYAT
İsmət Abbasovdan minlərlə fermerə ağır zərbə
Kənd Təsərrüfatı Nazirliyinin adı ətrafında 125 milyon manatlıq şübhə
Payızda 68 min hektar torpaqda buğda əkən fermerlər dövlətdən subsidiya almayacaqlar. Bu qərara ötən həftə kənd təsərrüfatı naziri İsmət Abbasovun sədrliyi ilə keçirilən kənd təsərrüfatı subsidiyaları üzrə Respublika komissiyasının iclasında gəlinib.
Əldə edilən məlumata görə, subsidiyaların verilməsi barədə qərar yalnız 622 min hektar ilə bağlı tətbiq olunur. Bunlar barədə yerli komissiyalar Kənd Təsərrüfatı Nazirliyinə lazımi sənədləri göndərib. Komissiyadan bildirilib ki, bir çox yerli və rayon komissiyaları subsidiya almaq üçün sənədlərini vaxtında hazırlaya bilməyiblər. Bəzi təsərrüfatların mülkiyyət və torpaqdan istifadəyə dair sənədləri qaydasında olmayıb.
Beləliklə, subsidiyanı 158,5 min təsərrüfat alacaq. Ümumilikdə onlara 2012-ci ilin dövlət büdcəsindən 24 890,4 min manat ayrılacaq. Həmin vəsait Maliyyə Nazirliyi tərəfindən fermerlərin plastik kartlarına və hüquqi şəxslərin bank hesablarına köçürüləcək.
İsmət Abbasovun nazirliyindən onu da bildiriblər ki, 2012-ci ildə fermerlərin yanacaq və sürtgü yağlarının alınması ilə bağlı xərclərinin ödənilməsi üçün dövlət büdcəsindən subsidiya kimi 56,7 mln. manat (becərilən torpağın hər hektarına 40 manat hesabı ilə) xərclənib. Bundan əlavə, hökumətin qərarına uyğun olaraq, tədarükçülər mineral gübrələri dəyərinin 50-% üzrə satırlar. Odur ki, onlar ötən il həmin itkilər üzrə ümumi məbləği 20 mln. manat həcmində kompensasiya alıblar. Subsidiyalar 1-ci və 2-ci reproduksiyalı toxumun (7,9 mln. manat), super elit sortların (0,( mln. manat) satış qiymətinin fərqi üzrə də təqdim olunur.
2012-ci ildə Respublika komissiyası ümumi məbləği 109,9 mln. manat həcmində subsidiyanın verilməsi üzrə qərar qəbul edib. 2013-cü ildə dövlət büdcəsində kənd təsərrüfatı subsidiyalarına 125 mln. manatın yönəldilməsi nəzərdə tutulub.
Həmin 125 milyon manatın taleyi ilə bağlı isə ekspertlər optimist deyillər. Onlardan biri adının çəkilməməsi şərti ilə "Unikal"a bildirib ki, ötən illərdə kənd təsərrüfatı subsidiyalarının həm mənimsənilməsi, həm ləngidilməsi, həm də subsidiyalar verilərkən arxasında "güclü əl"in olduğu fermerlərə üstünlük verilməsi barədə mətuat səhifələrindən düşmək bilməyən iddialar 2013-cü illə bağlı da nikbin olmağa əsas yaratmır. "Məhz Kənd Təsərrüfatı Nazirliyinin subsidiyalarla bağlı düzgün və şəffaf fəaliyyət göstərməməsinin nəticəsidir ki, biz ayrılan on milyonlarla manat vəsaitin real bəhrəsini görmürük. Fermerlərin şikayətləri səngimir, məhsuldarlıqda ciddi dönüş yoxdur, kənd təsərrüfatı məhsullarında idxalın payı azalmır və s. Təəssüf ki, İsmət Abbasovun nazirliyi indiyədək subsidiyalar ətrafında şühələrə heç bir ağlabatan, inandırıcı aydınlıq gətirməyib. Bütün bunlar da onu deməyə əsas yaradır ki, həm 2013-cü illə bağlı da pessimist proqnozları davam etdirək, həm də haqqında danışılan 125 milyon manatın taleyinə görə bəri başdan narahat olaq" - deyə ekspert bildirib.
Abbasovun nazirliyinin minlərlə fermeri subsidiyasız qoymasını isə ekspert "ənənəvi siy asət"in davamı adlandırır: "Hamı bilir ki, bölgələrdə bəzi oliqarxların, deputatların, icra başçılarının və digər iri məmurların böyük fermer təsərrüfatları var. Subsidiyaların böyük hissəsinin də məhz həmin fermer təsərrüfatlarına yönəldildiyi bəlli həqiqətdir. Təəssüf ki, İsmət Abbasovun nazirliyi bu zərərli siyasətini davam etdirir. Yəni yenə iri məmurların fermer təsərüfatları dövlət vəsaitlərindən faydalanacaq, yiyəsiz, himayəsiz fermerlər isə öz cüzi imkanlarının ümidinə qalacaqlar".
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00