Tanınmış aktyor Corc Kluni və hüquqşunas xanımı Amal Kluni boşanır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 2014-cü ildə ailə quran və iki övladı olan cütlük ayrılıq qərarı alıb.
İddia olunur ki, Corc uşaqların ABŞ-da, Amal isə İngiltərədə təhsil almasını istəyir. Bu fikir ayrılığı cütlük arasında mübahisəyə səbəb olub və münasibətləri korlanmağa başlayıb. Bu səbəbdən Kluni ailəsi ayrılıq qərarı alıb.
Qeyd edək ki, Corc Kluni Hollivudun ən çox qazanan aktyorudur.