Azərbaycanlı qadın güləşçi Leyla Qurbanova yenidən idmana qayıdıb. 

Unikal.org-un əldə etdiyi məlumata görə, ailə həyatı qurduğu üçün 2 ildən çox idi idmandan uzaqlaşan idmançı yenidən millin in tərkibinə qayıdıb. 

Onun qarşıdakı yarışlarda 53 kq çəki dərəcəsində çıxış edəcəyi gözlənilir. Qeyd edək ki, 1998-ci il təvəllüdlü L.Qurbanova sərbəst güləşçi Əli Rəhimzadə ilə ailə qurub. 

 L.Qurbanova gənclər üzrə dünya çempionu, yeniyetmələrin olimpiya oyunlarının gümüş mükafatçısıdır.