İtaliyanın keçmiş baş naziri və “Milan”ın sabiq rəhbəri Silvio Berluskoni xəstəxanaya yerləşdirilib.

Unikal.org xəbər verir ki, bu barədə “La Stampa” nəşri məlumat yayıb. Fransada olan Berluskoni ürək problemləri səbəbindən Monakoda bir xəstəxanaya yerləşdirilib.

Sabiq nazirin həkimi Alberto Zanqrilo xəstəsinin İtaliyaya aparılmasının təhlükəli olduğunu və bu səbəbdən Monakoda ən yaxın xəstəxanaya yerləşdirildiyini bildirib. Berluskoni ötən ilin sentyabrında koronavirusa yoluxmuşdu.

1986-2017-ci illər aralığında “Milan”a rəhbərlik edən Berluskoni, 2017-ci ildə klubu çinli iş adamlarına satıb. 84 yaşlı funksioner hazırda İtaliya B Seriyası təmsilçisi “Montsa”nın sahibidir.

Berluskoni 2008-2011-ci illər aralığında İtaliyanın baş naziri olub.