Fransanın PSJ futbol klubunun yeni baş məşqçisi Maurisio Poçettino koronavirusa (COVİD-19) yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə klubdan bildirilib.

Məlumata görə, argentinalı mütəxəssisin testi pozitiv çıxıb. Təcrübəli mütəxəssis dərhal karantinə alınıb və müayinəsinə start verilib.

Qeyd edək ki, Poçettino PSJ ilə ilk titulunu yanvarın 14-də qazanıb. Paytaxt klubu Fransa Super Kuboku uğrunda görüşdə "Marsel"ə 2:1 hesabı ilə qalib gəlib.