Mərhum Xalq artisti Səyavuş Aslanın oğlu Çingizin küçədə yaşadığı məlum olub.
Unikal.org xəbər verir ki, o, bu barədə ARB kanalında yayımlanan " Elgizlə izlə" verilində qonaq olarkən deyib.
Onun 3 il sığınacaqda qaldığını, daha sonra orada yaşamağa icazə verilmədiyini bildirilib.
Bundan sonra küçədə yatan Çingiz xəstəxanaya yerləşdirilib. 61 yaşlı kişi 20 gün müalicə olunacaq. Proqramda bildirilib ki, Çingiz Respublika Narkoloji Mərkəzdə qalır.