Türkiyənin “Yeni Malatyaspor” klubu perulu legioneri Kristian Kueva ilə yollarını ayırıb.
Unikal.org xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib. Peru yığmasının üzvünə azad agent statusu verilib. Kueva isə öz növbəsində klubun ona olan borclarından imtina edib.
Qeyd edək ki, Kueva 2020-ci ilin avqustundan “Yeni Malatyaspor”da çıxış edirdi.