Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov həbs edilməsi barədə mediada yayılan məlumata münasibət bildirib.
Unikal.org xəbər verir ki, Ə.Həsənov saxlanılması barədə deyilənləri yalan adlandırıb:
"Azərbaycan cəmiyyətini çaşdırmaq məqsədilə, mütəmadi olaraq yalan xəbərlər uyduran və tirajlayan bir çox saytlarda-“çörəyi mənim haqqımda yalan yaymaqdan çıxan” digər yalan xəbər spekulyantlarının çamur guşəsində “Əli Həsənov tutularaq Azərbaycana gətirildi” başlıqlı növbəti yalan yayıblar.
Məlumat verirəm ki, mən oktyabr ayının 1-dən Bakıdayam, ev şəraitində müalicə olunuram və yaradıcılıq fəaliyyətimi də davam etdirirəm. Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar."