Türkiyənin tanınmış aktrisası Neslihan Atagül səhhətində yaranan problem səbəbindən "Səfirin qızı" serialı ilə vidalaşıb.
Unikal.org xəbər verir ki, aktrisa bu barədə sosial şəbəkədə paylaşım edib.
“Oynayarkən hüceyrələrimə qədər hiss etdiyim “Nare” ilə vidalaşıram. Mən tolerantlıq göstərsəm də, vücudum mənə o tolerantlığı göstərmədi. Bir az dincəlməyə ehtiyacım var. “Səfirin qızı” komandasını salamlayıram. Təşəkkür edirəm, dostlar. Bizi izləyənlərə də təşəkkür edirəm, hər zaman dəstək oldunuz. Yaxşı ki, varsınız. Ən yaxın zamanda görüşmək üzrə”,- deyə Neslihan qeyd edib.
Qeyd edək ki, sürətlə arıqlayan aktrisa sızan bağırsaq sindromunundan (LGS) əziyyət çəkir.