Dünyaca məşhur müğənni Cennifer Lopez barəsində yayılan yalan məlumatlara aydınlıq gətirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hazırda nişanlısı Aleks Rodriqezlə Karib dənizi sahillərində istirahətdə olan müğənni sosial şəbəkə hesabı "Instagram"dan fotolar paylaşır.
Onun bu şəkillərini bir çox insanlar bəyənsə də, bəziləri Lopezin botoks və plastik əməliyyat nəticəsində belə gözəl olduğunu bildirib.
Bundan əsəbiləşən Lopez heç bir plastik əməliyyat keçirmədiyini bildirib: "Bu, sadəcə mənim üzümdür. 500 milyonuncu dəfə deyirəm: nə əvvəl, nə də indi botoks etdirmişəm. Heç plastik əməliyyat da etdirməmişəm".