"Terminator"un ulduzu Arnold Alois Şvartsenegger koronavirus peyvəndi vurdurub.
Unikal.org xəbər verir ki, 73 yaşlı amerikalı aktyor maşında Covid-19 əleyhinə vaksin vurdurub.
Belə ki, aktyorun maşında vaksin vurdurması gündəm yaradıb. O, "Mən növbə gözləməkdən heç vaxt xoşbəxt olmamışam. Yaşamaq istəyirsənsə mənə qoşul", - deyə insanları hər cür şəraitdə vaksin vurdurmağa çağırıb.