Türkiyənin tanınmış aktrisası Serenay Sarıkayadan xəbər var.
Unikal.org xəbər verir ki, bir müddətdir ekranlarda görünməyən aktrisa yeni layihədə yer alacaq. Belə ki, o, ATV ekranklarında yayımlanan "Maraşlı" serialında Burak Dəniz və Alina Bozla baş rolları bölüşəcək. Aktrisa ekran işində Burak Dənizin keçmiş həyat yoldaşını canlandıracaq.
Qeyd edək ki, aktrisa seriala 6-cı bölümdə daxil olacaq.