“Bir sıra oliqarx məmurların ölkədən külli miqdarda vəsait çıxarması ilə bağlı iddialar zaman-zaman ortaya çıxıb. Bu məsələ aydındır, gizli deyil ki. Azərbaycanda oliqarxlar kimlərdir, o da hər kəsə bəllidir”.
Bu fikirləri Kəmaləddin Heydərovun ölkədən 28 milyard vəsaiti çıxarması ilə bağlı Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov səsələndirib. O bildirib ki, kimlərinsə qeyri-qanuni yollarla ölkədən iri məbləğdə pul çıxarmasını hüquq-mühafizə orqanları araşdırmalıdır:
“Əslində, bunu hüquq mühafizə orqanları da bilir və konkret addımlar atılmalıdır. Amma çox təəssüflər olsun ki, biz ciddi tədbirlər görmürük. Bu proses hələlik davam edir. Son vaxtlar aparılan siyasət, müəyyən həbslər bu insanların gözünü açmalıdır. Açığı mən belə hesab edirdim ki, müharibədən və qələbədən sonra bu insanlar hər şeyi başa düşər. Artıq hamı dövlətə, xalqa, millətə işləyər. Təəssüf ki, bunu çox yerlərdə görmürük. Oliqarxlar yavaş-yavaş yeni kadrlarla dəyişdirilməlidir. Bir məsələni də qeyd edim ki, oliqarxlar işdən kənarlaşdırılanda onların topladığı mal-mülkü əllərindən almaq lazımdır. Bu mal-mülk demək olar ki, faktiki oğurluq hesabına formalaşdırılıb. Onların əlində o qədər vəsaitin qalması dövlətin təhlükəsizliyi baxımından narahatlıq yaradır”.
Elvin Rüstəmov