Ded Xasanın ölümündə Lənkəraniski izi
22:40 16-01-2013
İQTİSADİYYAT
Ded Xasanın ölümündə Lənkəraniski izi
Avtoritetlər bir araya yığışacaqlar
Son zamanlar kriminal aləmdən həyacanlı xəbərlər gəlməkdədir. Hələ bir neçə gün öncə Bakı həbsxanalarının birində iki avtoritetin adamları arasında kütləvi bıçaqlanma baş verdi. Belə ki, Rövşən Lənkəranski ilə Lotu Quli üz-üzə gəldilər. İndi isə kriminal aləmi silkələyəcək başqa bir olay Moskvada baş verdi. Klassik qanuni oğruların sonuncularından olan Aslan Usoyanın (Ded Xasan) öldürüldü.
Qeyd edək ki, bundan öncədə ded Xasana sui-qəsd olmuşdu və həkimlərin müdaxiləsindən sonra xilas ola bilımişdi. İndi isə snayper gülləsi onun həyatına nöqtə qoydu. Çox maraqlıdır ki, bu qətldə də azərbaycanlı oğru Rövşən Caniyevin (Lənkəranski) adı çəkilir. Bildirilir ki, artıq uzun müddətdir ki, iki avtoritet arasında mübarizə gedirmiş və mübarizə Ded Xasanın ölümü ilə sona çatıb. Buda qeyd edilir ki, qruplaşmalar dekabr ayında "sxodka" apararaq br-birlərinə qarşı ittihamlar səsləndirmişdilər. İndi isə Ded Xasan erası sona çatdı. Qeyd edilir ki, hadisə "Köhnə Fayton" restoranının qarşısında baş verib. Bura Ded Xasanın sevimli məkanlarından biri olub, hətta "qanuni oğru"nun qərargahının da məhz həmin restoranda yerləşdiyi bildirilir.
, Ded Xasana atəş açılması nəticəsində yaxınlıqdan keçən qadın da yaralanıb və bu sayca Ded Xasana qarşı ikinci sui-qəstdir.
Ded Xasanın tələsi
Bildirilir ki, bir müddət öncə Ded Xasan mafiya imperiyasına kimin rəhbərlik edəcəyi barədə düşünüb və öz qohumu "Miron" ləqəbli Dmitri Çantiriyanı qabağa vermək istəyirmiş. 1981-ci ildə Gürcüstanda doğulan Miron 2004-cü ildə kriminal aləmdə möhkəmlənib. Bu zaman isə Ded Xasan öz qohumunu Yoraslavl üzrə nümayəndə təyin edib. 2004-cü ildə o, Ded Xasanın başqa bir qohumu - Yuri Usoyanla bərabər həbs edilib. Onların hər ikisində narkotik maddə tapılsa da, şərti cəza verilib. 2005-ci ildə Yoraslavlda Mirona qarşı saxta sənədlərdən istifadə ilə bağlı cinayət işi açılaraq axtarışa verilib. 2010-cu ildə Ded Xasana qarşı sui-qəsd təşkil edildikdən sonra Usoyan qohumunu Moskva ətrafına çağırıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, hazırda digər qanuni oğrularla, eləcə də biznesmenlərlə danışıqları məhz Ded Xasan tərəfindən Miron aparıb. Miron mübahisələrin danışıqlar yolu ilə həllinə tərəfdar olaraq münaqişələrdən xoşlanmayan şəxs kimi xarakterizə edilir. Buna görə də Usoyanın qəti əlehdarları belə Mirona qarşı loyal münasibət sərgiləyib. Lakin buna baxmayaraq son zamanlar o, böyük bir qoruma ordusu ilə gəzməyə başlayıb. Ded Xasan isə hələ birinci sui-qəsddən sonra yerlərədki nümayəndələrini təyin edib. Bu siyahıya Yoraslavlda Yuri Usoyan, Sverdlovskda Ded Xasanın başqa bir qohumu Temuri Mirzoyev və Qazaxıstanda yezidi kürd olan Qadi Koloyan olacağı bildirlir.
Başqa iddialar
Amma bəzi dairələr hesab edir ki, Ded Xasan elə öz yaxınları tərəfindən qətlə yetirilib və bunu Zaxar Kalaşov adlı avtoritet kəsə bilərdi. O, kriminal aləmdə "Gənc Şakro" kimi tanınır. Hazırda İspaniyada cəza çəkən bu şəxs 2013-cü ildə azadlığa çıxacaq. Onun azadlığa şıxmasından öncə ded Xasanın qətlə yetirilməsi də müxtəlif fikirlər yaradıb. Şakro biznesmen Aleks Kreynanın oğurlanaraq qətlə yetirilməsinə görə qiyabi olaraq Gürcüstanda 18 il azadlıqdan məhrum edilib. Məlumatlara görə, Şakronun nüfuzu kriminal aləmdə, eləcədə də kürdlər arasında olduqca yüksəkdir. Onun azadlığa çıxdıqdan sonra özünü necə aparacağı bəlli olmasa da, həmişə Usoyanın qatı tərəfdarı kimi tanınıb. Ancaq məhkəmə hökmünə qədər ev dustağı olduğu zamanlarda Kalaşovla Ded Xasanın yaxın adamları arasında fikir ayrılığı yarandığı da bildirilir ki, bu sırada da Mironun adı çəkilirdi. Ded Xasanın isə bu iki şəxsdən kimə üstünlük verəcəyi isə sirr olaraq qalırdı.
Uzun mübarizənin
incəlikləri
Rusiya mətbuatının yazdığına görə, Ded Xasan "qanuni oğru"lar Rudolf Oqanyan (Bakinski) və Tariel Oniani (Taro) ilə münaqişədə olub. Ded Xasanın qətli onunla mübarizə apardığı bildirlən Rövşən Lənkəranskinin də adı hallandırılır. Hələ bir neçə il əvvəl Ded Xasan öz opponenti Tariel Oniani ilə mübarizə aparakən meydanda ona qarşı daha bir güclü qüvvənin baş qaldırdığının fərqinə varmayıb. Bu qüvvələrin başında isə kriminal "generallar" olan Cemo Mikeladze (Cemo) və Rövşən Caniyev (Lənkəranski) dayanıb. Onun Ded Xasanı "sevməməsi" üçün bir çox səbəbi var. R.Lənkəranski artıq çoxdan Azərbaycandan olan mafioz qruplaşmaların rəhbərliyinə iddialıdır. Azərbaycandan olan digər nüfuzlu "zakonniklər" Baxış Əliyev (Vaxa), Nadir Səlifov (Lotu Quli), Yusif Əliyev (Yuska Şəmkirski) Usoyanın klanına daxildir. Məhz buna görə də onlar Rövşən Canıyevə qarşı duruş gətirə bilirlər. Hələ 2009-cu ildə Vaxa və Rövşən Lənkəranski Moskvanın göyərti topdansatış bazaları uğrunda mübarizə aparıb. Bu "razborkalar" nəticəsində 20-dən çox qanqsterin öldüyü bildirilir. Ən çox itkini isə Rövşən Lənkəranski verib.
2009-cu ildə Caniyevin başqa bir problemi yaranıb. Ded Xasanın yaxın adamı kimi tanınan Vyaçeslav İvankov (Yaponçik) Podmoskovyedə tikinti materialları, xüsusən də quru beton qarışıqları istehsalını əlinə almaq istəyib. Bu vaxta qədər isə tikinti materiallarının topdan və pərakəndə satış bazarı Rövşən Caniyevə yaxın şəxslərin əlində cəmləşmişdi. 2009-cu ilin yayında Yaponçikin də iştirakı ilə "sxodka" keçirilib və orada bir çeçenlə yanaşı, R.Lənkəranskiyə yaxın qanqsterlər də iştirak edib. "Söhbət" xoşagələn olmayıb və və iyulun 28-də İvankova qəsd edilib. O, qısa müddət sonra xəstəxanada vəfat edib. Bundan sonra mübarizə daha da qızışsa da, R.Lənkəranski üstünlüyü əlində saxlaya bilməyib. Ona ən böyük zərbə isə 2010-cu ildə Ukraynada saxta sənədlərlə həbs edildiyi zaman vurulub. Ded Xasanın tərəfdarı olan azərbaycanlılar bu vəziyyətdən istifadə etməyə çalışaraq Rövşənin adamlarını onların nəzarət etdikləri sahələrdən kn kənarlaşdırmağa çalışıblar. Ancaq bu alınmayanda yenidən güllələr danışıb. 2010-cu ildə Vaqif Tukanov adlı avtoritet ödürülüb. Qısa müddət sonra isə Ded Xasana sui-qəsd təşkil edildi və o, qarnından yaralanıb. 2012-ci ildə Ded Xasanın "ailəsinə" daha bir itki üz verib- "Danabaş" ləqəbli azərbaycanlı avtoritet Vaqif Cəbrayılov güllələndi. Ancaq bundan sonra hadisələrdə Rövşən Lənkəranskinin rolu barədə fikirlər ciddiləşməyə başladı. Ded Xasanın təhlükəsizliyinə də cavabdeh olanlardan biri kimi tanınan "Danabaş" güllələndikdən sonra "küləyin haradan əsdiyi" barədə şübhələr yaranıb. Bundan sonra Caniyevin adı həm bu cinayətdə, həm də Yaponçikin ölümü və Ded Xasana sui-qəsddə hallandırılıb. Və Ded Xasanın "ailəsindən" olan, 10 nəfəri azərbaycanlı olmaqla 30 "qanuni oğru"nun imzası ilə kaloniyalara "malyatva" yayılıb. Beləliklə də R.Lənkəranskinin "qanuni oğru" adının alındığı barədə məlumatlar səsləndirilib.
10 gün bundan əvvəl Rusiya mətbuatında yer alan məlumata görə, artıq Lənkəranskı kriminal aləmdə öz nüfuzunu kifayət qədər möhkəmlədib. Artıq onu aralarında Cemo Mikeladze və Merab Canqveladzenin də olduğu 100-ə yaxın "qanuni oğru" dəstəkləyir. Usoyan-Lənkəranski müharibəsinə hazırlıq hələ 2009-cu ildən başlayıb. 2012-ci ilin payız və qışında Caniyevin rəhbərlik etdiyi "birləşmiş müxalifər" xaricdə "sxodkalar" keçirərək müharibənin detallarını müzakirə edib. Ded Xasan onu dayandırmaq üçün fəaliyyətə keçərək Yusif Əliyev və Baxış Əliyevı Lənkərnaskinin mövqeyini zəiflətmək üçün Ukraynaya göndərib. Vaxa üçün bu hərəkət xoşagəlməz sonluqla nəticələnib. Bir müddət sonra Caniyevin adamları Vaxanı İstanbulda ölümcül döyüblər. Ötən il dekabrın 10-da birdən-birə Usoyanın müxalifi olan 16 mafiozla Caniyevin görüşü barədə məlumat yayıldı. Bundan təqribqribən bir ay sonra isə ded Xasan öldürüldü.
2013-cü ildə açıq müstəviyə keçəcəyi bildirilən qanlı müharibənin Rusiyadan kənarda aparılacağı təxmin edilsə də, Ded Xasanın məhz Moskvada sui-qəsdin qurbanı olması da maraqlıdır.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40