Yanvarın 20-də prezident vəzifəsini icra etməyə başlayan Co Baydenin rəhbərliyi altında işləyənlər arasında üç türk qadın da yer alıb.
Unikal.org xəbər verir ki, bub barədə "DHA" agentliyi məlumat yayıb.
Bildirilib ki, təyin olunanlar ABŞ Maliyyə Nazirliyinin aparat rəhbəri Didəm Nişancı, Müdafiə Nazirliyinin baş hüquq müşaviri Özgə Gözəlsu və Dövlət Departamentinin qanunverici məsələlər üzrə büronun katibi köməkçisi Naz Durakoğludur.