Ən böyük vaksin istehsalçılarından olan "AstraZeneca" şirkəti Avropa İttifaqını ittiham edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusa qarşı vaksin istehsal edən şirkət Avropanın başqalarına düşməli olan vaksinləri də aldığını bəyan edib.
"Avropa İttifaqı başqalarına düşən vaksin tədarükünü də alır. Avropada dünya əhalisinin 5 faizi yaşayır. Amma Avropa Birliyi ümumdünya vaksin tədarükümüzün 17 faizini alır", - deyə şirkətin yaydığı açıqlamada bildirilib.