İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər TikTok sosial şəbəkəsində istifadəçi profillərindəki fərdi məlumatlara giriş imkanı verən ciddi boşluq aşkarlayıblar.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, boşluq Dostları Tap funksiyasında aşkarlanıb. Onun köməyi ilə kiber cinayətkarlar istifadəçilərin telefon nömrələrinə, ləqəblərinə və unikal istifadəçi identifikatorlarına və profil fotolarına giriş əldə edə bilərlər. Bundan əlavə, boşluq təcavüzkarlara profili gizlətmək və abunəlikləri idarə etmək imkanı daxil olmaqla bir sıra parametrlərə girişə icazə verir.
Şirkət aşkar edilmiş boşluq barədə TikTok-un yaradıcısı ByteDance-a məlumat verib. Hazırda problemi aradan qaldırmaq üçün həll yolu tapılıb.